Xəbər lenti

Avropa Azərbaycan Məktəbinin XI sinif Beynəlxalq Bakalaviriat Diplom Proqramını bitirən 25 şagirdin hamısı nüfuzlu beynəlxalq universitetlərə qəbul olunması bərədə təkliflər alıblar.

Axar.az xəbər verir ki, bunların sırasında Böyük Britaniya, Fransa, Hollandiya, ABŞ, Kanada, Türkiyə, Belçika, Norveç, İtaliya, Finlandiya, Macarıstanın ən nüfuzlu təhsil ocaqlarının adlarını qeyd etmək olar.

Şagirdlər universitetlərdən ümumilikdə yüz əlli min ABŞ dolları məbləğində təqaüd təklifləri də alıblar.

Qeyd etmək lazımdır ki, xaricdə təhsil alacaq şagirdlərə kömək etmək məqsədilə orta məktəbdə beynəlxalq universitetlər üzrə məsləhətçi də fəaliyyət göstərir. Bir sıra universitetlər məktəbdə təqdimatlar keçiriblər. Universitetlər üzrə axtarış, sənədləşmə, məsləhət və yönləndirmə kimi xidmətlər təhsil prosesinin ayrılmaz hissəsi olaraq şagirdlərə göstərilir. Eyni zamanda bu sahadə də valideynlərlə sıx əməkdaşlıq edilir.

Avropa Azərbaycan Məktəbi 2011-ci ildə təsis edilmiş özəl ümumi təhsil məktəbidir. Məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziyası ilə fəaliyyət göstərir və beynəlxalq proqramlar təklif edir. Bu proqramlara Beynəlxalq Bakalavriat (IB) İbtidai Təhsil Proqramı (PYP), Orta Təhsil Proqramı (MYP), Diplom Proqramı (DP) və Kembric Beynəlxalq İmtahanları (CIE) daxildir. Məktəbdə I-XI siniflərlə yanaşı, Erkən Təlim Proqramı (4 və 5 yaşlı uşaqlar üçün) da fəaliyyət göstərir. Məktəb, həmçinin Beynəlxalq Məktəblər Şurası (CIS) şəbəkəsinin də üzvüdür. Məktəb məzunları beynəlxalq nüfuzlu universitetlərlə bərabər Azərbaycan universitetlərinə də yüksək ballarla daxil olublar.

 
Dünyanın tanınmış hüquqşünasları Bakıda toplaşacaq
 

Sabah saat 10.00-da Bakı şəhəri, Holiday İnn Hotelində Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə “Məhkəmə - hüquq islahatları: Ədalət mühakiməsinin həyata keçirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Ardını oxu...



Azərbaycanda "Təhsil haqqında" Qanuna bəzi dəyişikliklər ediləcək.  Dəyişikliklərdən birində təhsil müəssisələrinin akkreditasiyadan keçməsi nəzərdə tutulub. 
 
Bizimaz.az Moderator.az-a istinadən  xəbər verir ki, adıçəkilən qanuna əsasən, təhsil müəssisələrinin akkreditasiyası təhsil müəssisələrinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır. 
 
Eyni zamanda, qanunun 29.0.28-ci maddəsinə əsasən, təhsil müəssisələrinin akkreditasiyası dövlət rüsumu tutulmaqla həyata keçirilməlidir. 
Digər bir dəyişiklik "Təhsil haqqında" Qanuna uyğunlasdırma məqsədi daşıyır. Belə ki, həmin qanuna əsasən, dövlət məktəbəqədər və ümumi təhsil müəssisələri təhsil fəaliyyətini lisenziya almadan həyata keçirirlər. 
 
İndiyədək qanuna əsasən, doktorantura ali təhsilin yüksək səviyyəsi olmaqla, elmi və elmi- pedaqoji kadrların hazırlanmasını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edirdisə, təklif olunan dəyişikliyə görə,  doktoranturada yalnız elmi kadrların hazırlanması nəzərdə tutulacaq (Elmi- pedaqoji kadrların hazırlanması isə maddədən çıxarılır). Bu isə "Elm haqqında" qanuna uyğundur (maddə 17.3).
 
Dövlətin vəzifələri sırasından təhsil proqramlarının (kurrikulumların) təsdiq olunması çıxarılır. Mühüm dəyişikliklərdən biri də dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində olduğu kimi, peşə təhsili müəssisələrində təhsilalanların da pulsuz dərsliklərlə təmin olunmasıdır. Bu isə peşə təhsili sistemi üzrə tədris vəsaitlərinin hazırlanmasına diqqəti artıracaq, son nəticədə peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək
 
Qanuna təklif olunan dəyişikliklər Milli  Məclisin mayın 17-də keçirilməsi nəzərdə tutulan iclasında müzakirəyə çıxarılacaq.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov