Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun hakimlik fəaliyyətinə xitam verilib.
Bizimaz.az xəbər verir ki, Ə.Seyidov yaş həddi ilə əlaqədar (martda 70 yaşı tamam olub-red.) təqaüdə göndərilib.
Ə.Seyidov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi. Bundan öncə o, Zaqatala və Cəlilabad rayon məhkəmələrinin hakimi olub. Ardınca Cəlilabad Rayon Məhkəməsinə sədrlik edib.
1994-1999-cu illərdə həm də Mərkəzi Seçki Komissiyasının təftiş qrupunun rəhbəri olub.