Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 18-də təhlükəsizlik məsələlərinə nəzarət edən ali nümayəndələrin 10-cu beynəlxalq görüşündə iştirak edib.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Rusiyada həbs olunan azərbaycanlı jurnalist Fuad Abbasovun məsələsi ilə bağlı rusiyalı həmkarı Tatyana Moskalkovaya məktub ünvanlayıb.
“Kütləvi İnformasiya Vasitələrinə əlavə dəyər vergisi tətbiq edilməli deyil. Ümumiyyətlə, Azərbaycanda çap məhsulları, xüsusən də ölkəyə gətirilən qəzet kağızı üzərindən əlavə dəyər vergisi ləğv edilməlidir. Hesab edirəm ki, bu məsələ gündəmə gəlməlidir”.
"Müdafiə nazirinin əsas vəzifəsi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanın tapşırıqlarını orduda icra etmək və Ordunu müharibəyə hazırlaşdırmaqdır".
Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) prezidenti Azər Xəlilov sosial şəbəkələrdə telekanalın jurnalisti İlkin Xəlilovun və “ATV xəbər”in baş redaktoru Vaqif Aydınoğlunun işdən çıxarılması xəbərinə münasibət bildirib.