Xəbər lenti

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu oğlu Rüfət Səfərovdan imtina edib.

 

Bizimaz.az Axar.az-a istnadən  xəbər verir ki, bu barədə E.Sabiroğlu oğluna məktub yazıb.

Oğlu Rüfət Səfərovun Feysbuk səhifəsində paylaşdığı məktubunda deyilir:

“Rüfət, heç istəməzdim ki, belə olsun. Ancaq bu da mənim taleyimdir. Barışmaqdan özgə çarəm yoxdur.

Allahın verdiyi ömür nə zaman dayanacaq, bir söz deyə bilmərəm, Yaradanın əlindədir. Bu qısa məktubumu vəsiyyət kimi də qəbul edə bilərsən.

Artıq ata-oğul arasında elə bir keçilməz divar hördün ki, mən bu divarı aşıb, səninlə duyğularımı, sevincimi söndürdün (Bu cümlədə fikir dağınızlığı var – red.). Mən indi özümü arxasız və güvəncsiz insan kimi hiss edirəm. Yenə də sənə xoşbəxt həyat arzu edirəm. Öldüyümdə mənim cənazəmə gəlməyini ruhum qəbul etməyəcək. Artıq bu saatdan sənin atan deyiləm. Məzarım üstə gəlməyini də istəmirəm. Halal olmaz! O dünyamı rahat buraxarsan.

Allah səni xətadan-bəladan hifz etsin!

Sənin keçmiş atan.

17 iyun 2019, 03:20”.

Qeyd edək ki, Rüfət Səfərov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin sabiq müstəntiqi olub. O, rüşvət almaqda təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bu ilin martında Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunaraq azadlığa buraxılıb.

E.Sabiroğlu oğlunun siyasi baxışlarını bölüşmür.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov