Xəbər lenti


 

Milli Məclisin ən gənc deputatı sosial şəbəkə hesabında AzTV ilə bağlı bəyanat yayıb.
 
"Bizim üçün artıq 6 aydır ki, Azərbaycan Televiziyası (AzTV) ardıcıl dəyişikliklər və yeni təqdimatlarla gündəm olub.  Sanki illərdir unudulan AzTV ənənəsi yenidən özünə qayıdır.
Azərbaycan Televizyasında rəhbərliyin gənc və enerjili şəxsə tapşırılması elə dinamik dəyişikliklərdə özünü göstərdi.
 
Artıq mətbuat son 6 ayda daha çox AzTV-də baş verən yeniliyi, dəyişikliyi müzakirə edir. Şəxsən bir tamaşaçı kimi verilişlərin, o cümlədən “Xəbərlər” proqramının istər studiya görünüşü, istər təqdimatı, istərsə də aparıcı sərbstliyi baxımından yenilənməsi diqqətimizi dərhal çəkdi. Bundan başqa bədii, ictimai-siyasi verilişlərin, tok-şouların AzTV-yə dinamik qayıdışı auditoryanın ciddi şəkildə böyüməsi ilə nəticələnir. Xüsusilə də istər müzakirlərdə, istərsə də iştirakçı olaraq gənclərə diqqətin ayırılması təqdirlayiqdir. Bu, yeni nəslin AzTV-yə münasibətində bütün mənalarda müsbət çalar gətirir. “Rakurs”, “Planet” kimi proqramlar, "Təhsil üçbucağı" tok şousu,  "Ağ & qara", "Ləpirçi", "Uğur düsturu", “Nəsillərin debatı”  "GəncSən", "Döyüşçü", "Vətənə xidmət edirəm" və sair kimi yeni verilişər, orada müzakirə olunan mövzular və dəvətlilərin müxtəlifliyi faktiki olaraq auditoriyanın marağına səbəb olub. AzTV indi gənclərin ciddi diqqitinə səbəb olur, hərbi vətənpərvərlik ruhunu gücləndirir.
Cənab Prezientin məlum tövsiyəsinə uyğun olaraq verilişlərin səmərəliliyinn artırılması ilə bağlı Bədii Şuranın yaradılması və peşəkar fəaliyyəti də Azərbaycan Televizyasında nəticə etbarı ilə özünü göstərir. 
 
Bundan başqa diqqətimizi çəkən məqam müzakirlərin və xəbərlərin təqdimatındakı dinamiklik, sərbəstlikdir ki, bu da  daha çox da inkişaf etmiş ölkələrin televizyalarının standarlarına uyğunlaşmanın göstəricisidr. Bu yeni nəslin Azərbaycan Televizyasına marağını bir neçə qat artırır. AzTV-də baş verənlər, aparılan kadr və struktur islahaltları, peşəkar jurnalstlərin cəlb edilməsi, maliyyə şəffaflığı və sair AzTV-də güclü dəyişikliklərin getməsindən xəbər verir. Bir tamaşaçı kimi bütün bu müsbət dəyişiklikləri dəstəkləyir və bundan sonrakı fəaliyyətlərinə uğurlar arzulayıram".
 
Şahin İsmayılov, Milli Məclisin Gənclər və İdman komitəsinin sədr müavini, deputat.

 

Təhsil Nazirliyi 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul prosesinin başlamasını nəzərə alaraq, xaricdə təhsil almaq istəyən abituriyent və ya tələbələri, onların valideynlərini seçim edərkən daha diqqətli olmağa çağırır.
 
Bu barədə Nazirlikdən məlumat verilib.
 
“Əvvəlki illərin təcrübəsi də nəzərə alınaraq, təhsil almaq istədiyiniz ali təhsil müəssisəsini və təhsil proqramını (ixtisası) seçərkən aşağıdakı əsas məqamlara diqqət yetirməyinizi tövsiyə edirik: Ali təhsil müəssisəsinin (eləcə də, onun digər ölkələrdə fəaliyyət göstərən filiallarının) və tədris proqramının (ixtisasın) akkreditasiyasının olması; Bu məqsədlə, ENIC-NARIC (Avropa İnformasiya Mərkəzləri-Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləri) Şəbəkəsinin rəsmi internet səhifəsinin (www.enic-naric.net) müvafiq ölkə üzrə nəzərdə tutulmuş bölməsinə daxil olmaqla (yaxud yerli akkreditasiya orqanlarına müraciət etməklə), həmin ölkə tərəfindən tanınan və akkreditə olunan ali təhsil müəssisələrinin siyahısını əldə edə bilərsiniz. Təhsilalma formasının Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olması, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, distant, eksternat, fərdi (individual) qrafik üzrə, sərbəst, əyani-qiyabi və ya qiyabi-əyani təhsilalma formaları üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün deyildir. Bu baxımdan tədris proqramını (ixtisası) seçən zaman müvafiq təhsilalma forması barədə əvvəlcədən dəqiq məlumat əldə etməyiniz tövsiyə olunur. Təhsil Nazirliyi vətəndaşları xaricdə əldə edəcəkləri təhsilin keyfiyyətinə xüsusi diqqət yetirməyə çağırır. Bu səbəbdən təhsil almaq istədiyiniz ali təhsil müəssisəsini seçərkən, onun beynəlxalq reytinq cədvəllərindəki (“Times Higher Education World University Rankings”, “QS World University Rankings”, “Academic Ranking of World Universities (Shanghai Ranking)” və s.) ümumi və konkret ixtisaslar üzrə yerini araşdırmağınız tövsiyə olunur. Əlavə olaraq, xaricdə təhsil və xaricdə əldə olunmuş ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı diqqət yetirilməli olan əsas məqamlara dair zəruri məlumatları özündə əks etdirən ani.edu.gov.az internet səhifəsinin “Mütəmadi verilən suallar” bölməsi ilə tanış ola bilərsiniz. Xüsusi olaraq vurğulanmalıdır ki, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən nostrifikasiya prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə məsuliyyət daşımır. Qeyd olunan məsələlərlə bağlı vətəndaşlara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (146-1) məlumat verməyiniz xahiş edilir”, - Nazirliyin məlumatında qeyd olunub.(apa)
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov