Xəbər lenti

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasında Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri, türkiyəli iş adamı Əhməd Baba ilə görüş olub.

AMEA-nın Tarix İnstitutundan Kult.az-a verilən məlumata görə, tədbiri institutun direktoru, akademik Yaqub Mahmudov açaraq, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladıb və Azərbaycan-Türkiyə qardaşlığından danışıb.

“Dostluq və qardaşlıq Azərbaycan-Türkiyə münasibətlərinin təməl prinsiplərini təşkil edir. Türkçülüyün vətəni Azərbaycandır. Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb”, - akademik deyib.

Daha sonra türkiyəli qonaq çıxışında bildirib ki, Türkiyə və Azərbaycan ən ağır dönəmlərində bir-birlərinə dəstək olublar. Bu gün Türkiyə-Azərbaycan münasibətləri dünya üçün bir nümunədir.

Görüş çərçivəsində Ankara şəhərində tikintisi başlanan Xocalı soyqırımı parkı və abidə kompleksi layihəsi barədə məlumat verilib. Bu kompleks Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyi ilə Ankaradakı Yıldırım Bəyazid Universiteti arasında imzalanan anlaşmaya əsasən universitet ərazisində fəaliyyət göstərəcək. Layihə Tarix İnstitutunun elmi dəstəyi ilə yaradılır.

Əhməd Baba deyib ki, bu layihə Xocalı soyqırımının dəhşətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq. 1,5 hektar ərazidə Xocalı şəhidlərinin sayına uyğun olaraq 613 ağac əkiləcək. Orada ilk ağaclar 2018-ci ilin fevralında Xocalı soyqırımının ildönümündə əkilib. Parkda sonsuzluq işarəsi formasında yaradılacaq abidə Azərbaycan-Türkiyə qardaşlığını, Türkiyənin bütün məsələlərdə olduğu kimi, Xocalı soyqırımı məsələsində də sonadək Azərbaycanla həmrəy olduğunu simvolizə edir. Kompleksin tikintisinin 2021-ci ildə başa çatdırılması planlaşdırılır. Əsənboğa hava limanının yaxınlığında yaradılan kompleks enmə və qalxma zamanı təyyarələrdən aydın görünəcək.

Kompleksdə Xocalı şəhidlərinin adlarının əks olunduğu qranit ulduzlar olacaq, həmçinin 16 türk imperiyalarının bayraqları da dalğalanacaq.

Tədbirin sonunda Yaqub Mahmudov Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinə Tarix İnstitutunun nəşrlərini təqdim edib.



Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 17-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Ardını oxu...


Bu gün Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru olmuş Şirməmməd Hüseynovun 95 yaşı tamam olur.

Ardını oxu...

 

İstanbulun ən çox turistləri qəbul edən səmti Bəyoğluda Azərbaycanın və bütün türk dünyasının qəhrəman övladlarından biri, böyük şəxsiyyət, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından və 2-ci Daxili İşlər naziri olmuş Behbud Xan Cavanşirin abidəsinin açılışı olacaq. 

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov