46 saylı Şirvan şəhər seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Rəşad Camalova qarşı bəzi saytlarda intensiv şəkildə aparılan anti-təbliğat kampaniyası seçicilərin sərt reaksiyasına səbəb oldu.
Redaksiyamızın elektron ünvanına daxil olmuş yeni müraciətlərdə Şirvan şəhərindən olan seçicilər deputatlığa namizəd Rəşad Camalovu dəstəklədiklərini bildirir, ona qarşı aparılan təxribat xarakterli kampaniyalara son qoyulmasını tələb edirlər
Mövzuya dair ötən saylarımızda dərc olunmuş materiallarda da biz qeyd etmişdik ki, 2020-ci il 9 fevral tarixinə təyin olunmuş Parlament seçkiləri ilə bağlı deputatlığa namizədlərin təbliğat və təşviqat kampaniyaları ilə paralel anti-təbliğat kampaniyaları da start götürmüşdür. Təbii ki, anti-təbliğat kampaniyalarına daha çox öz gücünə inanmayan, daha dəqiq desək, namizədliyini verdiyi məqama əslində layiq olmadığını özü də bilən insanlar meyilli olurlar. Belələri düşünürlər ki, bəlkə bu yolla rəqiblərini, favorit namizədləri az da olsa nüfuz itkisinə məruz qoya və bu yolla öz şanslarını bir qədər artıra bilərlər. Lakin hadisələrin gedişi göstərir ki, bəzən belə fəndlər əks-nəticə də verir. Məsələn, redaksiyamıza Şirvandan daxil olmuş yeni açıqlamalardan məlum olur ki, təxribat xarakterli informasiya hücumlarına məruz qoyulmuş deputatlığa namizəd Rəşad Camalova qarşı seçicilərin rəğbəti məhz bu hücumlardan sonra bir qədər də artıb