Xəbər lenti



"Müsavat Partiyasından Mərkəzi Seçki Komissiyasına (MSK) pulsuz efir vaxtı ilə bağlı müraciət daxil olub"

Bunu MSK sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

MSK sədrinin sözlərinə görə, müraciətdə qeyd edilib ki, partiyanın 64 dairədən namizədləri qeydə alınıb, ancaq pulsuz efir vaxtı verilmir: "Qanunvericiliyə görə, partiya tərəfindən 60-dan çox namizədi irəli sürülən partiyalara pulsuz efir vaxtı verilir. Ancaq onlardan öz təşəbbüsü ilə namizədliyini irəli sürənlər var. Fikirləşirlər ki, hay-küy qaldırmaqla bu məsələ həll olunacaq. Qanunvericiliyin tələbi nədirsə, MSK ona uyğun addım atır. Bu cür mübarizə olmaz. Nəsə nöqsan axtarırlar ki, tənqid etsinlər, ancaq tapa bilməyəcəklər. Onlara deyirəm, vaxt itirməyin”.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

 

AzNews.az

 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov