Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti fevralın 9-da keçiriləcək parlament seçkilərinin gedişatını müşahidə etmək üçün Azərbaycana gəlib.
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.
Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyənin Van şəhərində baş verən qar uçqunu və İstanbuldakı sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.