Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyənin Van şəhərində baş verən qar uçqunu və İstanbuldakı sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Bununla bağlı XİN-in rəsmi “Twitter” səhifəsində paylaşım edilib:
“Qardaş Türkiyənin Van şəhərində baş vermiş qar uçqunları və İstanbul şəhərində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına hüznlə başsağlığı bildirir, yaralılara isə Allahdan şəfa diləyirik. Kədərin kədərimizdir, KardeşTürkiye!”