Xəbər lenti

 
 

Bu gün saat 08:00-dan etibarən Milli Məclisə seçkilərdə deputatlığa namizədliyi qeydə alınmış şəxslərin seçkiqabağı təşviqat kampaniyası başa çatıb.  

 

Bizimaz.az :Oxu.Az-ın məlumatına görə, Seçki Məcəlləsinin 75-ci maddəsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.  

Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.  

Seçki məntəqəsi otaqlarının daxilində və xaricində yerləşdirilmiş seçkiqabağı təşviqat materialları səsvermə günü yığışdırılır.  

Xatırladaq ki, deputatlığa namizədlərin təşviqatına yanvarın 17-də start verilib.  

Qeyd edək ki, fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.  

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov