Xəbər lenti



Laçın Rayon İcra Hakimiyyəti bəzi sosial şəbəkələrdə qurumun rəhbərliyinin ünvanına söylənilən iddialar haqda açıqlama yayıb. 

“Bizimaz.az”a daxil olan açıqlamada deyilir: 
 
“Prezident İlham Əliyevin “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamına əsasən 2019-cu ildə Ağcabədi rayonunun Taxta körpü ərazisindəki Qarakeçdi obasında 245 ailəlik, Vağazin obasında 256 ailəlik, Şeylanlı obasında 144 ailəlik, cəmi 645 ailəlik üç qəsəbə inşa olunub. 

Lakin bəzi saytların və bir sıra xəbər portallarının onlara təqdim edilmiş məlumatları araşdırmadan, reallığı öyrənmədən öz səhifələrində Laçın Rayon İcra Hakimiyyəti barəsində heç bir fakta söykənməyən uydurma məlumatlar yayaraq ictimaiyyət arasında çaşqınlıq yaratması təəssüf doğurur.

Məlumdur ki, Nazirlər Kabinetinin 24.02.2017-ci il tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Bununla yanaşı həmin Qaydanın 2.1-ci bəndinə əsasən məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi yalnız Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli şəkildə icra edilir.

Belə ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılmış işçi qrupu həmin yeni qəsəbələrə köçürüləcək məcburi köçkünləri yerində siyahıya alıb, onların yaşayış şəraitini əks etdirən foto və video materiallar hazırlayaraq komissiya təqdim edib. İşçi qrupunun hazırladığı siyahılar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Xususi komissiyada təkrar yoxlanılıb və evlərin paylanması həmin komissiyanın yekun qərarı əsasında həyata keçirilib.

Məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri, Xüsusi komissiyanın sədri Eldar Zeynalov 30.04.2020-ci il tarixdə “Real TV”də ictimaiyyət üçün geniş məlumat və izahat verib. 

Həmin qəsəbələrdəki mənzillərin paylanılması mövzusu ətrafında 19.05.2020-ci il tarixdə sosial şəbəkələrdə məqsədli şəkildə yayımlanmış videogörüntülərdə Laçın Rayon İcra Hakimiyyətinin rəhbərliyinin ünvanına səsləndirilən iddialar həqiqəti əks etdirmir, yalan, böhtan və iftiradan ibarətdir”.

Baş Prokurorluq və DTX-dən əməliyyat - Əli Kərimlinin mühafizəçisi həbs edildi - RƏSMİ
 

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ölkənin ictimai təhlükəsizliyinə qarşı yönələn təhdid və pozuculuq hərəkətlərinin qarşısının alınması və təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri tədbirlər davam etdirilir.

Ardını oxu...

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışında iştirak ediblər.

Ardını oxu...

Ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq orqanlarında islahatların dərinləşdirilməsi, o cümlədən kadrlar işinin səmərəliliyinin artırılması məqsədilə işlər davam etdirilir. Xəbər verildiyi kimi, Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi Niyaz Məmişov, Xətai rayon prokuroru Yusif İldırımzadə, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, Nəsimi rayon prokuroru Salman Məmmədli, Qəbələ rayon prokuroru Məqsəd Orucov, Yevlax rayon prokuroru Elxan Pənahov “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdıqlarına görə Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə tutduqları vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçmələrinə xitam verilib.

Ardını oxu...

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilmişdir.

Ardını oxu...

İcra başçısı həbs edilən rayonun prokuroru da işdən çıxarıldı
 

Azərbaycanda daha bir rayon prokuroru işdən azad edilib.

Bizimaz.az "report"a istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Ağstafa rayon prokuroru Aslan Surxayev tutduğu vəzifədən azad olunub.

Baş Prokurorluğun (DİN) Mətbuat Xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs edilib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov