Hazırkı dövrədək ölkəmizdə 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir.
Dünyada koronavirusa (SARS-CoV-2) yoluxan xəstələrin sayı hər keçən gün ərzində eksponensial şəkildə sürətlə artır. Con Hopkins Universitetinin dünən (31 mart 2020-ci il) açıqladığı məlumatda bu virusa yoluxanların sayının artıq 800.000 nəfərdən çox olduğu bildirildi (www.coronavirus.jhu.edu).