28 May – Respublika Günü münasibətilə İstanbulun iki qitəsini birləşdirən “15 İyul Şəhidlər”, “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpüləri, eləcə də tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır.
Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq edilən xüsusi karantin qaydalarını pozduğu üçün barəsində protokol tərtib edilən şəxslərə cərimənin məcburi ödətdirilməsi prosesinə başlanılıb.
Heydər Əliyev Fondu tərəfindən Şamaxı şəhərində inşa edilən 2 nömrəli körpələr-evi uşaq bağçasının və rayonun Meysəri kəndində əsaslı təmir olunan körpələr evi-uşaq bağçasının mayın 25-də açılışları olub.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Arif Seyidovun Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.