Xəbər lenti


 

Xəbər verdiyimiz kimi, bu gün saat 00:00-dan 8 iyun saat 06:00-dək  Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində küçəyə çıxmaq qadağan edilib. 
 
 Gecədən başlayaraq karantin rejiminin sərtləşdirildiyi 4 şəhər 1 rayonda polis naryadları xidmət aparır. Dövlət Yol Polisi ilə yanaşı, Daxili İşlər orqanlarının əməkdaşlarından ibarət, eləcə də Daxili Qoşunların hərbi qulluqçuları da mütəmadi olaraq sutka ərzində xidmət göstərir. 
 
Bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin də rəsmi sosial şəbəkə hesabında paylaşım edilib: “Bu həftədən başlayaraq bazar ertəsi səhər saatlarınadək küçəyə çıxmaq qadağasının tətbiqinə başlanılıb”.
 
Xatırladaq ki, sözügedən qaydanı pozaraq evdən çıxanlar cərimə oluna və hətta həbs edilə bilərlər.
 







© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov