Prezident İlham Əliyev Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

 

Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, bununla da Şamaxı rayonunun Saqiyan kənd inzibati ərazi dairəsi tərkibindəki Saqiyan kəndi Günəşli kəndi adlandırılıb.

Saqiyan kənd inzibati ərazi dairəsi Günəşli kənd inzibati ərazi dairəsi hesab edilib.