Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı “Türkiyə ilə Azərbaycan arasında Media Sahəsində Strateji Əməkdaşlıq Memorandumu” imzalanacaq.
Müharibə bitdikdən sonra Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin kankanları (kəhriz ustaları) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə təşkilatın həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Ağdam rayonunun Mirəşelli kəndinin ərazisindəki Şəmsi kəhrizində yarımçıq qalmış bərpa-təmir işlərinə başlayıb.
Rusiya Müdafiə Nazirliyinin sülhməramlıları tərəfindən Xankəndi şəhərinin cənub ətraf ərazilərində mühəndis kəşfiyyatı və minalardan təmizləmə əməliyyatı həyata keçirilib.
“Bu günlər biz hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının qürurunu və sevincini yaşayırıq. 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilmişdir”.
Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə “8 noyabr” adı verilməsi təşəbbüsü ilə qərar imzalayıb.