Azərbaycanın dahi şəxsiyyətlərinin heykəlləri Birinci Qarabağ Müharibəsi dönəmində erməni terrorçularının hücumuna məruz qalmışdı.

 

Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, ermənilər vandal xarakterlərini heykəllər üzərində də nümayiş etdirmişdilər.

İşğalçılar Üzeyir Hacıbəyovun, Bülbülün, Xan qızı Natəvanın büstlərini gülləbarana məruz qoymuşdular.

Güllələnmiş heykəllər ulu öndər Heydər Əliyevin müdaxiləsindən sonra işğalçılardan geri alınaraq, paytaxta gətirilmişdi. Onlara baxanda düşmənin əsl siması və məkri bir daha aydın olur.

Qeyd edək ki, bu gün Pezident İlham Əliyevin Şuşaya səfəri zamanı həmin heykəllərin işğaldan azad olunan şəhərə gətirildiyi öz əksini tapıb.

 
BAKU.WS
QALEREYA