Xəbər lenti



Azərbaycanda tikintisi planlaşdırılan Mərkəzi Bankın yeni inzibati binası 37 mərtəbədən ibarət olacaq.

 

Bizimaz.az Axar.az-a istinadən  xəbər verir ki, bunu tikintini həyata keçirəcək "Tekfen İnşaat" şirkətinin baş direktoru Mustafa Kopuz deyib.

O bildirib ki, 67 981 kvadrat metr ərazidə inşa olunacaq binanın tikintisi 3 il davam edəcək:

“Bakının Heydər Əliyev prospektində yerləşəcək binanın hündürlüyü 168 metrə bərabər olacaq”.

Qeyd edək ki, binanın tikitinsinə 218 milyon vəsait ayrılacaq. "Tekfen İnşaat" şirkəti "SOCAR Tower" və Bakı Olimpiya Stadionunun tikintisini həyata keçirib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov