Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıq kontekstində iqtisadi münasibətlər mexanizminə gətirilən praqmatik yanaşma Azərbaycanla Rusiya arasındakı əlaqələrin təməllərini daha da möhkəmləndirir.
Bu ilin 13-14 yanvar tarixlərində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına rəsmi səfərə yola düşəcək.
Rusiya Prezidenti Vladimir Putin Moskvada üçtərəfli danışıqlar öncəsi Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistan Baş naziri Nikol Paşinyanı Kremldə səmimi şəkildə qarşılayıb.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada işgüzar səfərdədir.
Qazilərimizə, doğmalarını itirən şəhid ailələrinə, terror aktlarından fiziki-mənəvi zərər görmüş insanlara peşəkar psixoloji yardımın effektiv reabilitasiyasının təşkil olunması məqsədilə Türkiyədən 20 nəfər mütəxəssis psixoloq dəvət olunub.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağla bağlı üçtərəfli danışıqların aparılacağı Moskvaya gedib.
“Azərxalça” ASC-nin İdarə heyətinin sədri vəzifəsində işləmiş Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında sərəncam imzalayıb.