Şanlı Qələbəmiz və Ermənistanın kapitulyasiyasından təxminən 40 gün keçir. Bu 40 günü rəmzi olaraq Vətən uğrunda canından keçmiş şəhidlərimizin 40-ı günü kimi qəbul etmək olar. Bu gün biz tamamilə yeni, qalib, məğrur Azərbaycanda yaşayırıq. Düşünürəm ki, şəhidlərin ruhuna ən böyük töhfə ölkə rəhbərliyi tərəfindən məhz doğma Qarabağın bərpası üçün hazırlanan böyük planlar, möhtəşəm layihələrdir.