Gülən üzü ilə İkinci Qarabağ Müharibəsinin simvoluna çevrilən Bəxtiyar Heydərli 3 aydan sonra Ermənistan Silahlı Qüvvələrinin hücumu zamanı dağıdılmış evinə baş çəkib.

 

Bizimaz.az bildirir ki, BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, erməni terrorundan sonra təbəssümü ilə xalqın iradəsini ortaya qoyan 5 yaşlı qəhrəman gələcəkdə Milli Qəhrəman, general Polad Həşimov olmaq istəyini deyib.

Yaşıdları ölümün nə olduğunu bilmədiyi vaxtda Bəxtiyar Heydərli qərənfillə şəhidləri anıb.

Dəhşətli gecəni unutmadığını deyən azyaşlı bunları dilə gətirib: "Durdum gördüm ki, üzüm qandır. Sonra partlayış səsi gəldi".