Boliviyada ordu və müxalifətin təzyiqlərindən sonra istefa vermçək məcburiyyətində qalan Evo Moralesin yerinə idarəetməyə gələn keçid hökuməti 11 illik fasilədən sonra ABŞ-a səfir təyin edib.

 

Bizimaz.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu vəzifəyə Boliviyanın BMT-dəki daimi nümayəndəsi Valter Serrate təyin edilib.

Onun vəzifəyə başlaması üçün təyinatı Senatorlar Məclisində təsdiqlənməlidir. Bu Məclisdə isə Evo Moralesin dəstəkçiləri daha çoxdur.

Qeyd edək ki, 2008-ci ildə ölkənin daxili işlərinə qarışdığı üçün Boliviya ABŞ səfirini geri göndərmiş, rəsmi Vaşinqton da eyni addımı atmışdı.

İki ölkə arasında münasibətlərin normallaşması üçün 2010-cu ildə müqavilə imzalansa da, lakin icra edilməyib.
BAKU.WS