Xəbər lenti

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Kiyevdə özünün keçmiş rəqibləri Qubaz Sanikidze və Valeri Gelbaxiani ilə görüşüb.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, tərəflər Müqəddəs Georgi Günü dini bayramı və Qızılgül inqilabının 16 illiyi münasibətiylə bir araya gəliblər. Saakaşvili onu siyasi rəqibləri ilə bir araya gəlməyə Gürcüstana olan sevgilərinin məcbur etdiyini bildirib.

Hər üç siyasətçi yaydıqları bəyanatda Gürcüstan xalqının birləşmək vaxtının çatdığını bəyan ediblər.

Qeyd edək ki, Gelbaxiani keçmişdə Saakaşvilinin ən böyük rəqiblərindən sayılan mərhum milyarder Badri Patarkatişvilinin tərəfdarlarından biri olub və parlamentdə Bizim Gürcüstan fraksiyasına rəhbərlik edib. Sanikidze isə Milli Forum Partiyasına liderlik edib və 2016-cı ilə qədər İvanişvilinin Gürcü Arzusu koalisiyasında yer alıb. 2016-cı ildə İvanişvilidən ayrılan Milli Forum Nino Burcanadzenin Demokratik Hərəkat – Vahid Gürcüstan Partiyası ilə yaxınlaşıb. Həm Gelbaxiani, həm də Sanikidze cari ilin yayında İrakli Okruaşvilinin yaratdığı Qalib Gürcüstan Partiyasının üzvlüyünə qəbul olunublar.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov