“Hollywood” filmlərinin çəkilişləri üçün vəhşi heyvanları əhilləşdirən tanınmış təlimçi Rendi Miller yol verdiyi səhvə görə ağır xəsarət alıb.
Bizimaz.az xəbər verir ki, Rendi Miller yeni çəkiləcək film üçün nəhəng pələngi əhilləşdirməyi boynuna götürüb.
O, təlim zamanı vəhşi heyvanı demək olar əhilləşdirə bilib. Lakin son məşq zamanı ehtiyatsız davranıb və yüngül zarafat edib. Bu zaman vəhşi heyvan qəzəblənib və nəzarətdən çıxıb.
Nəticədə pələng Rendi Milleri ağır yaralayıb. Ətrafda olan insanlar iynə ilə pələngi ram ediblər. Onu qəfəsə salıblar.
Təlimçi isə ağır yaralı halda xəstəxanaya yerləşdirilib.
BAKU.WS