Xəbər lenti

Boliviyanın yeni hökuməti Evo Moralesin dönəmində nazir vəzifəsini tutmuş bir sıra nazirlərin ölkəni tərk etməsinə qadağa qoyub.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, bunu Boliviya Prezident Administrasiyasının rəhbəri Xeresa Xustiniano deyib. O, bu şəxslərin ölkədəki situasiyanın həlli ilə bağlı dialoqda iştirak üçün saxlanıldığını bildirib.

Xustiniano ölkədə saxlanılan nazirlərin adlarını və saylarını açıqlamayıb. O, keçmiş nazirlərin hökumətlə dialoqa Moralesin MAS Partiyasının adından qatılmalı olduğunu söyləyib:

“Biz hesab edirik ki, onlar dialoqun iştirakçısı olacaqlar. Əgər onlar gedirlərsə, o zaman biz kimlə dialoqu aparmalıyıq?”

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov