Xəbər lenti


 

“Microsoft” şirkətinin təsisçisi Bill Qeyts özünə dünyanın “ən zəngin insanı” titulunu qaytara bilib.
 
Bu barədə “Bloomberg” yazır.
 
Qeyts ən böyük onlayn-reteyleri “Amazon”un rəhbəri Ceff Bezosu ötərək, iki il ərzində ilk dəfə olaraq birinci sıraya yüksəlib.
 
Agentliyin məlumatına əsasən, hazırda Bill Qeytsin sərvəti 110 milyard dollar qiymətləndirilir,  Bezosun isə varidatı təxminən 109 milyard dollar təşkil edir.
 
Dünyanın ən zəngin insanları siyahısında üçüncü yeri 103 milyard dollarlıq sərvətlə Fransanın LVMH korporasiyasının rəhbəri Bernar Arno tutub.
 
Qeytsin “ən zəngin insan” titulunu ABŞ Müdafiə Nazirliyi ilə “Microsoft” arasında 10 il müddətinə 10 milyard dollarlıq müqavilə bağladıqdan sonra qaytara bildiyi ehtimal olunur.(oxu.az)
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov