Xəbər lenti

 

 

Çinin Kayuan əyalətində 23 yaşlı Kun adlı bir nəfər 51-i azyaşlı, üçü böyük olmaqla, 54 nəfəri kimyəvi maddə ilə yandırıb.

 

Polisin verdiyi məlumata görə, bir nəfər uşaq bağçasının qapısını sındıraraq həyətinə girib və əlində gətirdiyi yandırıcı təsiri olan kaostik soda məhlulunu azyaşlıların və tərbiyəçilərin üstünə töküb.

Nəticədə, 51-i azyaşlı olmaqla, 54 nəfər yanıq xəsarəti alıb.

Onların vəziyyətlərinin təhlükəli olmadığı bildirilir.

Kun insanlara nifrət etdiyi üçün belə bir hərəkət etdiyini deyib.

Buna səbəb kimi, uşaq yaşlarından anasının ona qayğı göstərməməsini, kasıblıq və işsizliyi  göstərib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov