Xəbər lenti

Boliviyanın eks-prezidenti Evo Moralesin olduğu Meksika Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Paraqvayda eniş edib.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, bu məlumatı “ABC Color” qəzeti yayıb. Məlumata görə, təyyarə Paraqvayda yanacaq doldurmaq üçün eniş edib. Yanacaq doldurduqdan sonra təyyarənin Meksikaya uçuşunu davam etdirəcəyi vurğulanıb.

Təyyarənin Paraqvaya yön almasına səbəb isə Perunun Meksika təyyarəsinin ölkəyə girişinə izn verməməsi olub. Peru ilə bərabər, Çili və Braziliya da Moralesin olduğu təyyarənin ölkənin hava məkanına giriş etməsinə izn verməyib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov