Xəbər lenti

Gürcüstan noyabrın 27-dən başlayaraq Avropa Şurasına (AŞ) altı ay müddətinə sədrlik edəcək.

 

Report xəbər verir ki, sədrliyin ölkəyə rəsmi təqdim olunması mərasimi həmin tarixdə Strasburqda keçiriləcək.

Gürcüstanda rəsmi səfərdə olan AŞ-in baş katibi Mariya Peyçinoviç Buriç ölkənin xarici işlər naziri David Zalkaliani ilə görüşdə bu məsələni müzakirə edib.

Baş katib səfəri çərçivəsində qonşu ölkənin bir sıra yüksək vəzifəli şəxsləri ilə görüşəcək. Tbilisidə AŞ-nin 70 illiyi, Gürcüstanın təşkilata üzv olmasının 20-ci ildönümünə həsr olunan tədbirlər və təşkilatın Gürcüstan üzrə 2020-2023-cü illər üçün fəaliyyət planının rəsmi təqdimatının eçirilməsi də planlaşdırılıb.

Qeyd edək ki, Gürcüstan ilk dəfə olaraq AŞ-yə sədrlik edəcək. Qonşu ölkə təşkilatın Nazirlər Komitəsinə sədrliyi 2020-ci ilin may ayına qədər yerinə yetirəcək.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov