Xəbər lenti


 

Afrika ölkələrindən birində şagird qızların hicabla məktəbə getməsinin qarşısı alındıqdan sonra Birləşmiş Millətlər Təşkilatı dövlətləri dini dözümlülüyə- tolerantlığa  dəvət edib.
 
Moderator.az xəbər verir ki, “ABCNews” nəşrinin yaydığı məlumata görə, olay Malavinin cənubundakı məktəblərdən birində meydana gəlib. Hicab üzündən  müsəlman qızların məktəbə getməsinə icazə verilməyib. Özü də hicab qadağası  həmin dövlət təhsil ocağını tikən Anglikan(xristian) kilsəsi tərəfindən qoyulub. Bundan əlavə, kilsə ziyarətçiləri iki məktəbli qızın hicablarını zorakılıqla başlarından çıxarıb cırıblar. Nəticədə şəhərdəki müsəlman və xristian icmaları arasında qarşıdurmalar yaranıb.
 
BMT-nin Malavi üzrə koordinatoru Maria Torres ölkədə dini dözümsüzlükdən narahatlığını dilə gətirib və qızların məktəblərə hicabla gəlməsinə mane olmamağa çağırıb.
 
"Bu cür hərəkətlər qızların məktəbə getməsinin qarşısını alır, onları təhsil hüququndan və cəmiyyətdə fəal iştirakdan məhrum edir"- deyə BMT nümayəndəsi bəyan edib.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov