Xəbər lenti

 

Afrikada yeddi yaşlı albinos qızın gecəyarısı naməlum şəxs tərəfindən əlinin kəsildiyi bildirilib.

 

Afrikanın bəzi bölgələrində cadu üçün əzaları kəsilən albinos uşaqlardan biri bu dəfə Zambiyanın şimalında Kitve şəhərində yaşayan yeddi yaşlı qız olub.

Belə ki, naməlum şəxs gecə yarısı evdə qardaşı ilə birlikdə yatan yeddi yaşlı albinos uşağı gizli şəkildə evdən kənarlaşdırıb və əlini kəsib.

Ailə üzvləri hadisənin fərqinə varanda qışqırmağa başlayıb və cinayətkar panikaya düşərək qaçıb.

Qeyd edək ki, Afrikada albinos olaraq həyatda qala bilmək çox çətindir. Belə ki, burada albinosları öldürərək onlardan caduda istifadə edirlər. Bəzi ölkələrdə hətta albinos və ya əlil uşaqların pis ruhlar tərəfindən idarə olunduğuna inanılır.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov