Xəbər lenti


“Əpl” şirkəti köhnə Ayfon və Aypəd modellərinin sahiblərinə tezliklə internet və yer təyin etmə sistemlərində problemlərin yaşana biləcəyi ilə bağlı xəbərdarlıq edib.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, şirkət problemlə üzləşməmək üçün istifadəçilərinə ən son proqram təminatını quraşdırmağı tövsiyə edib. Bu, 2012-ci ildən əvvəl istehsal edilən məhsullara aid edilib.

Problemlər (GPS vaxtının dəyişdirilməsi ilə bağlı) bazar ertəsi Bakı vaxtı ilə 04:00-dan etibarən müşahidə oluna bilər.

Şirkətdən bildirilib ki, proqram təminatını yeniləməyən Ayfon-5 istifadəçiləri Əpl Stor, Ayklod, elektron poçt və brauzerə girişi itirə bilər. Çünki bu cür imkanların hər biri vaxt və tarixdən asılı rejimdə çalışır.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov