Xəbər lenti

20
 

ABŞ dövlət başçısı Donald Tramp Suriya neftini oğurlamaqda ittiham edilir. 

 

“Donald Trampın Suriyadakı məqsədi yalnız Suriya xalqına məxsus neft qurğularını ələ keçirməkdir”, - deyə konqres üzvü, 2020-ci il seçkilərində Demokratlar Partiyasından prezidentliyə namizədliyini verəcək Tulsi Qabbard bildirib.

O, ABŞ ordusunun vəzifəsinin insanların və ABŞ-ın milli təhlükəsizliyini təmin etmək olduğunu xatırladaraq Trampın bu kursa xəyanət etdiyini deyib.

“Suriya xalqı yaşamaq və həyat qurmağa başlamaq üçün ehtiyac duyduğu əsas qaynaq və enerji mənbəyindən məhrumdur. Bu, Suriyadakı rejim dəyişikliyi adı ilə başlamamalı olan və indi də bitməyən müharibənin taktikasına nümunədir”.

Qeyd edək ki, Rusiya da bunu dəfələrlə bəyan edib:

“Amerikalılar tərəfindən Suriyanın təbii sərvətlərinin istismarı mövcud qanunla da əsaslandırıla bilməz”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov