ABŞ dövlət katibi Mayk Pompeo İrana qarşı yeni sanksiyaları elan edib.



 Bizimaz.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, sanksiyalar inşaat sektoru və hərbi sahədə istifadə edilən bəzi önəmli materiallara aid edilib.

Pompeo İranın nüvə və ballistik raket proqramında istifadə edilən 4 materialın ticarətinin də sanksiya çərçivəsində daxil edildiyini bildirib.

Bundan öncə isə İran Mərkəzi Bankı, İranın ali dini lideri Seyyid Əli Xamenei, Xarici İşlər naziri Cavad Zərif və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) sanksiya tətbiq edilmişdi.
BAKU.WS