Xəbər lenti



Rusiyanın Sankt-Peterburq şəhərində məşhur rus şair və yazıçısı Aleksandr Puşkinin yaşadığı mənzil satışa çıxarılıb.

 

Mənzilin satışı üçün yaradılan saytda satış qiymətinin 55 milyon rubldan (1,5 milyon manat) başlanacağı bildirilir.

Üç otaqlı mənzil Kutuzov bulvarı 32 ünvanında yerləşən binanın ikinci mərtəbəsindədir. Onun ümumi sahəsi 100 kv.m-ə yaxındır. Otaqların hündürlüyü 4,5 metrə qədərdir. Mənzildə iki sanitar qovşağı var. Pəncərələrdən şəhərin tarixi hissəsinə mənzərə açılır.

Yazıçı burada 1834-1836-cı illərdə yaşayıb. Puşkin bu mənzildə məşhur “Kapitan qızı” əsərini yazıb.

 

istinad
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov