Xəbər lenti

 

 

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Konqresinin Nümayəndələr Palatasının qəbul etdiyi qətnamələrə münasibət bildirib.

 

Bizimaz.az: Oxu.Az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, hakim Ədalət və İnkişaf Partiyasının Qrup toplantısında çıxış edən R.T.Ərdoğan deyib ki, bu qətnamələrin heç bir hüquqi qüvvəsi yoxdur.

“Bu qətnamələrin heç bir gücü yoxdur və biz onu tanımırıq. Açıq desəm, özləri çalıb, özləri oynayırlar. Bununla belə, ölkəmizə atılan iftiranın bir parlamentdə qəbul edilməsindən məyusuq”, - deyə Prezident əlavə edib.

R.T.Ərdoğan Türkiyəni hədəf alan ölkələrə də xəbərdarlıq edib:

“Türkiyəni Suriya, İraq, Liviya kimi edə biləcəklərini düşünürlər. Biz isə onlara nüfuz edərək, güvəndikləri dağları başlarına yıxaraq cavab vermişik”.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası uydurma “erməni soyqırımının” tanınmasına dair qətnaməni qəbul edib.

Bu qətnaməni hər iki partiyanın konqresmenləri dəstəkləyiblər. İcrası hüquqi baxımdan icbari olmayan bu qətnamənin lehinə 405, əleyhinə 11 millət vəkili səs verib.

Nümayəndələr Palatası Türkiyəni sanksiyalarla hədələyən qanun layihəsini də böyük səs çoxluğu ilə qəbul edib.

Qanun layihəsi Vaşinqtonla Ankaranın Suriya barədə əldə etdiyi razılaşma ilə bağlıdır.

Xəbərdarlıq edilir ki, Türkiyənin Suriyanın şimalına müdaxiləsinə dair əldə olunmuş razılaşma NATO müttəfiqinin Suriyaya müdaxiləyə görə cəzalandırılmasını istisna etmir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov