Xəbər lenti

 

 Rusiyada qətl ittihamı ilə dindirilən şübhəli şəxs pişik, it və insanları öldürüb yediyini etiraf edib.

 

Rusiyanın Arxangelsk şəhərində 2016-2017-ci illərdə itkin düşmüş üç nəfərin axtarışı zamanı aparılan istintaqda ağlasığmaz gerçəklər aşkarlanıb.

Belə ki, hadisədən üç il sonra 51 yaşlı şübhəli dindirilib. O, cinayətini etiraf edib, cəsədləri harada basdırdığını deyib. Aparılan axtarışlar zamanı basdırılmış torbalarda cəsədlər tapılıb.

Sözügedən torbalarda üç insan və pişik, it sümükləri aşkarlanıb. Araşdırmalar qatilin cəsədlərin bəzi hissələrini qopararaq yediyini sübuta yetirib. Hazırda cinayətkarın başqa cinayətlərlə əlaqəsi araşdırılır.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov