İŞİD lideri Əbubəkr Bağdadi bu vaxta qədər 5 dəfə “öldürülüb”.
Bizimaz.az: Axar.az xəbər verir ki, ilk dəfə 2014-cü ilin iyul ayında İran mətbuatı Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş məxfi agenti Eduard Sonudenin yayımladığı sənədlərə istinadla Əbubəkr Bağdadinin 2006-cı ildə öldüyünü, yerinə yəhudi bir agentin gətirildiyini yazıb. Xəbərdə Bağdadinin öldüyünü “təsdiqləyən” fotoşəkil də yayımlanıb.
Xarici mediada ikinci dəfə 2014-cü il avqustun sonlarında İŞİD liderinin İraqın Təlafər şəhərində təşkil olunan xüsusi əməliyyat nəticəsində öldürüldüyü, yerinə isə Əbu Müslümün gətirildiyi iddia edilib və İŞİD liderinin “cəsədinin” fotosu paylaşılıb.
Üçüncü dəfə “NEWSru Israel” İsrail kəşfiyyatındakı mənbələrə əsasən Bağdadinin 2015-ci il fevralın 26-da beynəlxalq koalisiya təyyarələrinin İraqın Suriya ilə sərhəd əl-Kaim rayonuna avizərbələr nəticəsində öldürülməsi barədə məlumat yayıb.
Dördüncü dəfə Suriya dövlət televiziyası 2017-ci ilin iyunun 11-də Bağdadinin Suriyanın Rakka şəhərinə endirilən aviazərbələr nəticəsində zərərsizləşdirildiyini açıqlayıb. Televiziya Bağdadinin “ölüsünün” fotosunu da yayıb.
Sonucu dəfə isə ötən gün ABŞ Prezidenti Donald Tramp Rusiya, Türkiyə və İraqın dəstəyi ilə keçirilən hərbi əməliyyat nəticəsində Bağdadinin öldürüldüyünü açıqlayıb. Rusiya Müdafiə Nazirliyi Trampın açıqlamasını təkzib edərək, belə bir əməliyyata dəstək vermədiyini bəyan edib.