Xəbər lenti

Belarusun dövlət başçısı Aleksandr Lukaşenko Prezident yanında İdarəetmə Akademiyasında protokol xidmətində niyə gözəl qızlara ehtiyac duyulmasından danışıb.

 

Teleqraf.com xəbər verir ki, bu barədə Belarus KİV məlumat yayıb.

Prezident çıxışında gözəl qızları “silah” adlandırıb:

“Zala sükut çökdü. Bir ara hamı səs-küy salırdı, qışqırırdı, zalda iki yüzdən çox iştirakçı, o cümlədən media nümayəndələri vardı. Birdən sükut yarandı. Düşünürəm ki, görəsən, nə baş verir?

Bəzi sənədləri gətirirdilər, sükut hələ davam edir. Başımı qaldırıram ki, gözəllərim gəlir, biri ağ, digəri qara geyimdədir... Hamı sənədləri unutdu, hər kəs hər şeyi unutdu, ağızlarını açıb onlara baxırdılar. Mən başa düşdüm ki, gözəl qızlar həqiqətən silahdır”.

Protokol xidmətinin qızları Belarusda yüksək səviyyəli qonaqları qarşılayır və prezidenti rəsmi səfərlərdə müşayiət edirlər.

Lukaşenko bu ilin may ayında Avrasiya İttifaqının İqtisadi Şurasının iclasında onlardan biri olan Darya Şmanaya Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevi öpməyi təklif edib.

Nazarbayev isə “Belarus silahı”nı öpməyib, sadəcə əllərini sıxıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov