Xəbər lenti



ABŞ-ın sionizm əleyhdarı ortodoks yəhudiləri Türkiyənin “Sülh çeşməsi” əməliyyatına dəstək veriblər.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, ortodoks yəhudilərindən Şaul Ben Kiş Tvitter hesabında BMT binası qarşısında türk bayrağının dalğalandırıldığı aksiya keçirdiklərini yazıb.

“Biz Tövrat yəhudiləri bütün dünyaya baxmayaraq, Prezident Ərdoğanın Suriyada başlatdığı əməliyyatla bağlı türk insanının və hökumətinin yanında dayanırıq. Bir kərə yüksələn bayraq bir daha enməz! Türkiyə gələcəkdə süpergüc olmaq istiqamətində gedir”, - Kiş yazıb.

Kiş digər bir paylaşımında türk əsgərinə salam göndərib.

“Biz NATO və digərlərinə qarşı Türkiyənin yanındayıq. Əlimizdə türk bayrağını dalğalandırmaq qürurdur. Prezident Ərdoğan dik dur, biz səninləyik. Biz Türkiyəni sevirik”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov