Belçikanın Lyeje şəhərində PKK tərəfdarı olan kürdlərlə Türkiyədən olan şəxslər arasında toqquşma yaşanıb.
Bizimaz.az: Axar.az xəbər verir ki, bu məlumatı Belçika mətbuatı yayıb. Məlumata görə, 400 nəfər kürd Türkiyənin Suriyadakı əməliyyatına qarşı etiraz aksiyası təşki edib. Sonradan etirazçılarla təxminən 70 nəfərlik türk qrup arasında mübahisə başlayıb.
Bundan sonra hüquq-mühafizə orqanları iki qrup arasındakı mübahisəyə son qoymaq üçün baş verənlərə müdaxilə edib. Tərəflər arasında yaşanan toqquşma zamanı bir nəfər yaralanıb və o, xəstəxanaya yerləşdirilib.