Türkiyənin Suriyada keçirdiyi “Barıçş Pınarı” əməliyyatından sonra Avropanın iki ölkəsi rəsmi Ankaraya qarşı hərəkətə keçib.
Bizimaz.az: BAKU.WS xəbər verir ki, Finlandiyadan sonra NATO üzvü Norveç də Türkiyəyə silah ixracatını təxirə salıb.
Norveçin xarici işlər naziri İne Eriksen Soreide AFP-yə bildirib ki, ölkəsi Türkiyəyə müdafiə və ya başqa məqsədlər üçün yeni ixrac tələblərinə cavab verməmək qərarı qəbul edib.
Qeyd edək ki, “Barış Pınarı” əməliyyatı ilə əlaqədar ABŞ-ın respublikaçı senatoru Lindsey Qraham və demokrat senator Kris Van Hollen Türkiyəyə sanksiyalar paketi tətbiq edilməsi məqsədilə Nümayəndələr Palatasına qanun layihəsi təqdim edəcək.