Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə şəxsi görüşün qeyri-mümkünlüyünü izah edib. 



BAKU.WS xəbər verir ki, bu haqda o, "112 Ukrayna" telekanalı ilə canlı yayımlanan mətbuat konfransında danışıb.

"Bu haqda heç kim danışmır, çünki hamı ona qarşıdır",- deyə Zelenski bildirib. 

Ukrayna prezidenti əlavə edib ki, Rusiya prezidentiylə görüş yalnız "Norman formatı"nda beynəlxalq səviyyədə baş tuta bilər: "Tarix hələ dəqiqləşdirilir. Bu halda Rusiyayla razılaşmanı Almaniya aparır. Mən həqiqətən bizim qərb tərəfdaşlarımıza təşəkkür edirəm ki, bizdə heç olmasa onlar var". 

Qeyd edək ki. Vladimir Zelenski Vladimir Putinlə şəxsi görüşünün müharibəni bitirmək istəyi olduqdan sonra baş tuacağını vurğulayb.