Bir neçə gün öncə ABŞ və Türkiyə Prezidentləri arasında baş tutan telefon danışığının təfərrüatları məlum olub.
Bizimaz.az: “Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, Donald Trampla Rəcəb Tayyib Ərdoğanın telefon söhbətinə ABŞ-ın Müdafiə naziri Mark Esper ilə Baş qərargah rəisi, general Mark Milleyin də qatıldığı ortaya çıxıb.
Qeyd edək ki, sözügedən telefon danışığı Türkiyənin Suriyanın şimalında YPG/PKK-nın mövqelərinə qarşı mümkün hərbi əməliyyatdan öncə 50 amerikalı əsgərin bölgədən çıxarılması ilə bağlı qərara səbəb olub.
ABŞ KİV-də Trampın verdiyi bu ani qərara Pentaqonun tamamilə hazırlıqsız olduğuna dair xəbərlər yayılmışdı.
Liderlərin əlaqəsindən sonra Ağ Ev mətbuata açıqlamasında Türkiyənin Fəratın qərbində əməliyyat aparacağını, ABŞ-ın bu əməliyyata müdaxilə etməyəcəyini açıqlamışdı.