ABŞ-da 2020-ci ildə prezident seçkiləri keçiriləcək. Artıq indidən prezident kürsüsünə namizədlər seçkiöncəki kampaniyaya başlayırlar.
Seçkilərə ABŞ-ın cari prezidenti Donald Tramp da qatılacaq.
“Forbas” jurnalı hər bir namizədin varidatı haqqında məlumat dərc edib. Donald Tramp sərvətinin həcminə görə lider oldu.
Beləliklə, ən zənfin namizədləri təqdim edirik:
1. Donald Tramp
Sərvəti: $3,1 mlrd
Donald Tramp amerikalı dövlət xadimi, siyasətçi, sahibkar, Amerika Birləşmiş Ştatlarının 2017-ci ilin yanvarın 20-dən etibarən fəaliyyət göstərən prezidentidir. O, həmçinin keçmişdə sahibkar ( əsasən daşınmaz əmlak sahəsində), şoumen və teleaparıcı olub.
Donald Tramp 2016-cı ilin noyabrın 8-də prezident seçkilərində seçicilərin 306 səsini (56,88%) toplayaraq Demokratik Partiyanın namizədi Hillari Klintona qalib gəlib.
Tramp Ağ evə girmədən əvvəl başqa bir dövlət və ya hərbi post tutmayan ABŞ-ın ilk prezidentidir. Bundan başqa, Donald Tramp prezident olan ən zəngin insandır.
2. Tom Steyer
Sərvəti: $1,6 mlrd
Tomas Steyer amerikalı milyarder, xeyriyyəçi və siyasətçidir.
Donald Tramp prezident seçkisində qalib gəldikdən sonra, 8 milyon imza toplayaraq onun impiçmenti üçün kampaniyaya başlamışdı, buna görə də prezident onu özünün "Twitter" səhifəsində "crazed and stumbling lunatic" ("dəli və yapışan psix") adlandırmışdı.
Alternativ enerji mənbələrinin axtarışı ilə maraqlanaraq “NextGen America” təbiətin mühafizəsi qrupunu təsis etmiş, 2016-cı ildə müxtəlif seçkilərdə Demokratik Partiyanın namizədlərini dəstəkləməyə və ətraf mühitin mühafizəsi aksiyalarına 65 milyon dollar xərcləmişdi.
O, 2019-cu il iyulun 9-da bildirmişdi ki, 2020-ci ildə keçiriləcək prezident seçkilərində Demokratik Partiya tərəfindən onun namizədliyinin irəli sürülməsi uğrunda mübarizəyə qoşulub.
3. Con Delani
Sərvəti: $200 mln
Con Delani 2020-ci ildə ABŞ prezidenti vəzifəsinə namizədliyini irəli sürdüyünü bildirən daha bir amerikalı siyasətçi və iş adamıdır.
O, 1993-cü ildə “Health Care Financial Partners”in (HCFP) təsisçilərindən biri olub. Delani 2000-ci ildə “CapitalSource”un həmtəsisçisi olub.
4. Maykl Bennet
Sərvəti: $15 mln
Maykl Bennet amerikalı siyasətçi, ABŞ-ın Kolorado ştatından senatoru, Demokratik Partiyanın üzvüdür. Hindistanın Nyu-Deli şəhərində anadan olub.
O, Veslian Universitetini bitirib və Yel Universitetinin hüquq fakültəsində elmi dərəcə alıb.
Bennet 2009 -cu ildə Ken Salazarın istefasından sonra ABŞ Senatına təyin edilib.
5. Elizabet Vorren
Sərvəti: $12 mln
Elizabet Vorren amerikalı siyasətçi, 2013-cü ildən Massaçusets ştatının senatoru, Demokratik Partiyasının üzvüdür.
Vorren 2018-ci il dekabrın 31-də ABŞ-da keçiriləcək növbəti prezident seçkilərində namizədliyinin irəli sürülməsinin mümkünlüyünü bildirib.
Vorren Demokratik Partiyanın mütərəqqi cinahının aparıcı xadimi sayılır. 2014-cü ildə o, "mütərəqqiliyin on bir ehkamı"nı dərc edib.
Siyasətçi onlara korporasiyaların sərt tənzimlənməsi, əlçatan təhsil, elmə və ətraf mühitin mühafizəsinə sərmayə qoyuluşu, şəbəkə neytrallığı, əmək haqqının artırılması, əmək haqqının bərabər ödənilməsi, kollektiv danışıqlar, sosial müdafiə, nikah bərabərliyi, immiqrasiya islahatı və reproduktiv səhiyyəyə ümumi giriş hüququnu aid edib.
6. Co Bayden
Sərvəti: $9 mln
Co Bayden amerikalı siyasətçi, Demokratik Partiyanın üzvü, ABŞ-ın 47-ci vitse-prezidentidir. O, vəzifə başına 2009-cu il yanvarın 20-də Barak Obama ilə eyni vaxtda keçib.
Bayden vitse-prezident seçilməzdən əvvəl Delaver ştatından (1973-cü ildən 2009-cu ilədək) ABŞ senatoru olub. Sabiq vitse-prezident 2017-ci ildə tələbələrə Pensilvaniya Universitetində beynəlxalq diplomatiyanı tədris etmək qərarına gəlib.
Co Bayden, həmçinin, əsasən diplomatiya, xarici siyasət və milli təhlükəsizliyə yönəlmiş yeni mərkəzə rəhbərlik edəcək. 2019-cu il aprelin 24-də Baydenin prezidentlik yarışına qatılacağı məlum oldu.