Xəbər lenti

Səudiyyə Ərəbistanının “Aramko” şirkətinə təşkil olunan hücumdan sonra vəliəhd Məhəmməd bin Salmanın kral ailəsindəki nüfuzu kəskin şəkildə aşağı düşüb.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, 10 minə yaxın üzvü olan kral ailəsində vəliəhdin gələcəyi ilə bağlı fikirlər iki yerə bölünüb.

Kral ailəsi üzvlərinin böyük əksəriyyəti Məhəmməd bin Salmanın dövləti idarə edə bilməyəcəyinə inansa da, Səudiyyə kralının yaşadığı müddətdə onun üçün çətinliklərin peyda olmayacağına əmindir.

Vəliəhdin kralın ölümündən sonrakı taleyi isə onun əmisi ilə əlaqəlidir. Belə ki, kralın qardaşı Əhməd bin Əbdüləziz hazırda vəliəhdin taxtına ən böyük və nüfuzlu rəqib kimi nəzərə çarpır. Şahzadə Əhmədin həmçinin kral ailəsi tərəfindən də dəstəkləndiyi qeyd olunur.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov