Xəbər lenti

Britaniyanın “Tomas Kuk” turoperatoru özünün ləğvi prosesinə start verib.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, şirkət bu barədə qərarı bankrot olmasının qarşısını almaq üçün vəsait tapa bilməməsi ilə əlaqədar qəbul edib. Buna görə də səhər saatlarından etibarən bütün dünya üzrə 600 min bron edilmiş bilet ləğv olunub.

“Tomas Kuk”un həmçinin ticarət əməliyyatlarını da ləğv etdiyi bildirilib. Şirkətin qərarı sayəsində dünyanın 16 ölkəsində 21 min, Britaniyada isə 9 min nəfərin işsiz qalacağı qeyd edilib.

Qeyd edək ki, “Tomas Kuk Qrup” 1841-ci ildə yaradılıb. Dünyanın ən böyük tur şirkətlərindən biri olan “Tomas Kuk” ildə 22 milyon müştəriyə xidmət edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov