Xəbər lenti

Türkiyə bu qızın ölümünə ağlayır
 

Bir ayağının amputasiyasına səbəb olan xərçəngə qarşı sosial şəbəkələrdəki mübarizəsi ilə tanınan 21 yaşlı türkiyəli Neslican Tay dünyasını dəyişib.

 

Bizimaz.az: “Qafqazinfo” xəbər verir ki, gənc qız xəstəxanada vəfat edib. Neslicanın ölümü İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu da daxil olmaqla, türkiyəli məşhurları kədərə boğub. Neslicanın fotolarını paylaşan tanınmışlar ailəsinə başsağlığı veriblər.

Qeyd edək ki, 1998-ci ildə Bursada anadan olan Neslican 2018-ci ildə xərçəngə tutulub. Ayağının birini itirən Nelsican özünə “Dəmir qadın” ləqəbi seçmişdi. O, “Ayağım yoxdur, ancaq yaşamaq eşqim var”, “mən bir ayaqdan ibarət deyiləm, daha çoxam” sözləri ilə məşhur idi.

 




 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov