Bizimaz.az RBK-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Qurum Rusiyanın təbii sərvətlərinin bütün ehtiyatlarının qiymətləndirilməsini aparıb. Onların ümumi dəyəri 2018-ci ilin sonuna olan vəziyyətə görə 93,4 trilyon rubla çatıb ki, bu da 2017-ci illə müqayisədə 69,2 faiz artım deməkdir. Faydalı qazıntı ehtiyatlarının böyük hissəsini neft təşkil edir.
Qeyd edək ki, neftlə ən zəngin 15 ölkənin siyahısı açıqlanıb. Siyahıda Azərbaycanla qonşu ölkələrdən bir neçəsinin adına rast gəlmək mümkündür.
Reytinqə daxil olan ölkələrin göstəricisi belədir:
Venesuela - 300,9 mlrd. barrel
Səudiyyə Ərəbistanı - 266,5 mlrd. barrel
Kanada - 169,7 mlrd. barrel
İran - 158,4 mlrd. barrel
İraq - 142,5 mlrd. barrel
Küveyt - 101,5 mlrd. barrel
BƏƏ - 97,8 mlrd. barrel
Rusiya - 80 mlrd. barrel
Liviya - 48,4 mlrd. barrel
Nigeriya - 37,1 mlrd. barrel
ABŞ - 36,5 mlrd. barrel
Qazaxıstan - 30 mlrd. barrel
Çin - 25,6 mlrd. barrel
Qətər - 25,2 mlrd barrel
Braziliya - 12,7 mlrd barrel.
Xatırladaq ki, ötən ilin sonuna Azərbaycanın təsdiq edilmiş xam neft ehtiyatları 7 milyard barrel təşkil edib. Bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) illik statistik hesabatında deyilir.
istinad